Əlcək
Çevirən: Əhəd Əşkriz
Ilin ən soyuq günü idi. Bir balaca oğlan öz sürütməsi ilə nənəsinə odun yığmaq üçün meşəyə getmişdi. Nənəsi ona demişdi:
” Nə qədər odun yığa bilsən, yığ gətir, havalar çox soyuqdur, qızışmaq üçün çoxlu odun yandıraq gərək.
Qoca nənə evdə oturub oğlana əlcək toxurdu.
Günün çoxunu oğlan meşədən odun yığıb, sürütməsini yarıya qədər doldurdu.
Işin sonunda gözlənilməz bir ittifaq düşdü.
Sonuncu odunu sürütməyə qoyanda oğlanın əlcəyi yerə düşdü. Sən şansa bax! Ən soyuq gündə əlcəyi itirəsən! Doğrusu kimsə bilmir oğlan əlcəyini necə itirdi. Oğlan sürütməsini çəkib getdi. Əlcək də qarın üstündə qaldı!
Elə oğlan oyana, bir balaca Sıçan tapıldı. Bax soyuğdan necə də titrəyirdi. Onun gözü yumuşaq–tifdikli əlcəyə sataşcaq, onun içinə sürüşüb girdi. Elə canına qalıb idi.
Bir azdan sonra hoppana–hoppana bir qurbağa gəldi; o gözü əlcəyə sataşcaq dedi; ” elə bil burda birisi yaşayır”. Səsləndi sıçan: ” yalnız mən, donmamışdan buyur içəri”.
Elə onlar əlcəin içində rahatlaşmışdılar ki, bir bayquş uça–uça gəldi. ” Mən də içəriyə gələbilərəm mi?” Sıçan dedi; “Qalıb özünə”. Axı o, həmişə bayquşdan qorxardı. Qurbağa dedi: “Bu şərt ilə ki çox qol–qanat çalmıyasan, görürsən ki yerimiz dardır.
Çox çəkmədən bir dovşan qaça–qaça meşə yolundan gəlib soruşdu: “o gözəl isti əlcəkdə mənə də yer var mı”? “Eşik çox soyuqdur”. “Yerimiz çox dardır, amma eybi yoxdur sən də gəl, o da düzələr”.
Hələ dovşanın əlcəkdə yarısı yerləşməmişdi ki, o yandan bir tülkü gəldi. Bir düşün gör o neylədi. O da girdi içəri. Sıçan fikirləşdi ki ” olmaya qonağa çox üz vermişəm”. Əlcək çox dar idi, amma eşik yaman soyuq idi.
Və indi, bir boz qurd da o tərəfdən göründü, o istədi ki, onu içəriyə qoysunlar. Sıçan dedi: ” Mən heç bilmirəm bu necə olası bir işdir. “Amma gəlin əlləşək”. Hərə bir az özünü dəbərtdi ki, qurda da yer açılsın, o da içəri soxuldu. Düzdür ki əlcək çox dar idi, amma əvəzində isti idi.
Heyvanlar əlcəyin içini öz rahatlıqları üçün düzəltmişdilər. Onda onlar eşikdən möhkəm bir miqilti eşitdilər. O bir qaban donquz idi, çalışırdı soyuğun, yelin əlindən əlcəyin içinə pənah gətirsin. “Ay balam”! Cükküldədi sıçan– buna görə ki, əlcək sökülməyə başlamışdı. “Burda əslən yer yoxdur da”!
“Mən çox ehtiyatlı olaram, ” yaban donquz dedi, və özünü içəriyə soxdu. Sıçanın, qurbağanın, bayquşun, dovşanın, tülkünün və qurdun arasına.
Hələ buracan çox çətinlik olmamışdı. Deməli ki indi də bir iri ayı gəldi. O həm çox yekə həmdə çox üşümüşdü. Ayı ağzını açmamışdan ” Burda artıq yer yoxdur”; diyə Heyvanların hammısı birdən qışqırdılar.
Ayı dedi: ” sözdür deyirsiniz də” . ” Yəqin ki, bir nəfərə də yer vardır! ” Və o haman özünü əlcəyin içinə yaydı, əvvəl başı ilə bir əlini, əlcək səsləndi, sonra da o birisi əliylə tamam heykəlini soxdu içəriyə, onda əlcəyin tikişləri atdı, ayı nəfəsini sinəsində saxlayıb girdi içəriyə.
Bu zamanda bir balaca qara çəkirgə gəldi, özü də çox qoca idi, əryi–büyrü qıçları soyuqdan sancı eliyirdi. Əlcəyi görən kimi dedi: “Nə gözəl yerdir, isti və yumuşaq, mən oraya getməliyəm”. Sən demə balaca çəkirgə əyri–büyrü ayaqlarını əlcəyin içinə keçməmiş, əlcək partlayacaq. Elə belə də oldu. Tikişlər partladı, köhnə dəri xışıldadı, içinin qırmızı tifdiyi pərəm–pərəm oldu. Heyvanlar da soyuq qarın üstünə səpələşdilər.
Onda ki oğlan əlcəyin itməsini bildi, onu axtarmağa geri qayıtdı. Ancaq onun tapdığı əlcəkdən qalmış bir cırıx–mırıx xırdaca dəri idi. Oğlanın göz önündə bir xırdaca sıçan qaçıb ağacın dalında gözdən itdi.
Sıçanın başında da qırmızı bir papaq var idi. O, qırmızı papaq əlcəyin başbarmağına bənzəyirdi. Oğlan dedi: ” Bəs belə!” üşümüş əlini paltosunun cibinə qoydu və dedi: “indi nənəm yəqinki əlcəklərimi toxuyub qurtarıb”. Bununla o, tələsik evlərinə sarı yola düşdü. Yel onun üzünü yaman üşütmüşdü.