Dalğa
Xırda, incə arxıdım
Meşələrdən, dağlardan
Dərələrdən axırdım
Bilirdim durqun sular
Öz içində boğular
Bilirdim dəryalarda
Dalğalar qucağında
Xırdaca axlar üçün
Yeni həyat doğular
Nə yolun uzaqlığı
Nə qaranlıq çuxurlar
Nə durqunluq həvəsi
Məni Yoldan qoymadı
Indi qarışmışam mən
Qurtulmaz dalğalara
Varlıqımız çalismaq
Yoxlığımız dayanmaq
(Mərziyə Əhmədi)