“Hələdir hələ axtarıram”
Fakta:
Adı: ınger Segelström
Yaşı: 44
Işi: Məclis nümayəndəsi, və sosyaldomokrat qadın təşkilatının sözçüsü.
Ailə: Subay
Yaşayır: Apartumanda, Södermalm.
Gəliri: 328 300 kron (1994-ci ilin vergi informası)
O, a’li savadlı, güclü və uğurlu bir qadındır.
Bu kişiləri qorxudur.
–Düzdür, Amma mən ümidsiz deyiləm. Hələ mən axtarıram, 44 yaşında olan Inger Segelström deyir.
O məclis üzvü olaraq sosyaldomokrat qadınlar təşkilatının da sözçüsüdür.
Qadınlar haqqından və inandığı fikirlərdən difa etmək üçün qorxmazlıq ilə o hər zaman bəhsə hazırdı.
Eşq ilə bərabərlik yan-yana dura bilərizmi? Kişiləri güclü qadınlar qorxudurlarmı?
-Düzdür, bu mənim təcrübəmdir.
44 yaşında, subay və uşaqsız.
Isveç televiziyasının ikinci kanalının Tango proqramında 44 yaşında uşaqsız, subay ınger Segelström buna işarə etdi ki necə məqam onun özəl(şəxsi) hayatına zərbə vurubdur.
–Mənim böyük böhranım 40 yaşına girməmişdən əvvəl başlandı; o zaman ki mən anladım, daha artıq uşaq sahibi olmıyacağam.
Əvəzində o səxavətli bacı-qardaşlarının uşaqların dövrəsinə alıb və uşaqsızlığın yaddan çıxarır.
Eşqi məqama satmırsanmı?
Yox, əksinə. Mən həmişə axtarmışam, əlləşmişəm həyat yoldaşı tapam. Hələdir hələ axtarıram. Mənim axtardığım nə kişilər-kişisidir , nədə yumuşaq kişi. Yalnız bir mə’muli kişi.
– Bir yetişmiş kişi ki bərabərlik haqqın yerinə yetirə bilir.
- Belə bir kişi hardadır?
Bilmirəm, amma mən axtarıram və ümid edirəm ki o vardır. Işdə və ya dostlar içində.
“Yetişmiş bir kişi olmalıdır.”
ınger Segelströmün çox az azad vaxtı vardır, niyə ki onun iki yüksək vəzifəli işi vardır. Amma buna baxmayaraq o dostları ilə yaxın əlaqə saxlayır. Evdən eşiyə çıxmaqdan, eşikdə yemək yeməkdən və kaffada bıra içməkdən xoşu gəlir.
Əlbəttə ki kişilər ınger’ə əlaqə göstərirlər. Həm onun şəxsiyyətinə, həmdə onun işinə. Bir iş ki onların fikrincə həm calibdir, həmdə həyacanlı. Amma məsələ ciddi olan zaman onlar dalı çəkilirlər. Onlar ondan qorxurlar ki bu qüdrətli qadının kölgəsi altında qalsınlar.
ınger Segelström xiyalında olan kişisini belə vəsf edir: Bir yetişmiş kişi ki bunu qəbul edir ki mənim müstəqil varlığım vardır.
Kişilər ki bunu anlayırlar mənim ruhi yaxınlığa, eşqə, möhəbbətə və ürək həvəsinə, ehtiyacım vardır.
Amma onlar fikir edirlər, mən bir kişi axtarıram ki məqamda məndən yuxarı olsun.
Buna əks olaraq mən bir mə’muli kişini axtarıram ki mənim gündəlik yaşamımda şərik olsun
“Mənim müsbət baxışım var və acışmıram”.
- Indiyə qədər neçə ilişgin olunubdur?
Təqribən çox.
- Nişanlı olubsanmı?
–Yox, amma mən tez-tez yeni ilgilərə soxuluram.
– Mən bu proqramda şirkət etməyə hən dedim, niyə ki mənim müsbət nəzərim vardır,
Mən bunu analız eliyib, harada müşgül olmasını bilib, ona çara tapa bilərəm.
Mənim yaşımda olan çoxlu subay qadınlar acılıq çəkirlər, amma mən acılıq çəkmirəm.
İsveçcədən çevirən Davud Eldəniz