Wednesday, September 15, 2021
HomeUncategorized"Iqtisadi çoxalma sərmayadarları qorxudur"

“Iqtisadi çoxalma sərmayadarları qorxudur”

Author

Date

Category

“Iqtisadi çoxalma sərmayadarları qorxudur”

Jean-Paul Fitoussi, Fransanın konjonktür ənstitüsünün rəyisi

Çevirən: Davud Dldəniz

Həqiqi bəhrənin (Bəhrə minus inflasyon) yuxarı olması iqtisadi çoxalmanı azaldır və bu iş öz nöbəsində çox-saylı işsizliyin davam etməsinə səbəb olur. Maliyə bazarın idarə edənlər, sərmayadarlar, çoxalma tərəfdarı deyirlər; Niyə ki çoxalma, inflasyon yaratmaq ilə həqiqi bəhrəni azaldır və sərmayadarların gəlirləri azalır. Bu sözlərı fransanın konjonktür ənstitüsünün rəyisi, Jean-Paul Fitoussi, Le Monde ilə etdiyi bir musahibədə söyləyir.

Bu sözlərin mənasi budur: Maliyə bazarın idarə edənlər, yanı sərmaya, torpaq, meşə, tikinti və başqa əcnas sahibləri həqiqi bəhrənin yuxarı olmasından mənfə’ət aparırlar. Elə buna görədə, çox qazanmaq üçün onlar işsizliyin azalmasının qabağın alırlar. Xalq fikir edir, həqiqi bəhrənin səviyəsi aşağıdır; Amma 80-ci illərdən sonra həqiqi bəhrə yuxarı səviyədədir; Niyə ki inflasyon Sifirə yaxındır. (Isveçdə beş-illik həqiqi bəhrə 5-6% dir). Buna əks 70-ci illərdə həqiqi bəhrə sifirə yaxın və hətta minus idi. Demək olar o zaman borc götürmək bir qazanc idi.

Fitossi musahibəsində belə deyir (Le Monde, 4 sep):

_ Həqiqi bəhrənin yuxarı olmasın illəti neçə şeydir: Amerika budcəsinin az olması; dünyada olan inhisari siyasətin məhdud olması və bazar haqqında qanunların deyişdirməsidir. Qüdrətin çox payizi sərmayadarların əlinə keçibdir.

Həqiqi bəhrənin çox olması səbəb olub ki qərbdə olan iqtisadi çoxalmağın səviyəsi, onun düzgün potansiyellindən az olsun. Sərmayadarlar iqtisadi çoxalmanın və işsizliyin azalması əleyhinə çalışırlar; Niyə ki infalasyonun yuxarı olması sərmayadarların indiki gəlirlərin azalda bilər.

şirkətlər məcbur olublar özlərin həqiqi bəhrənin yuxari olmasi ilə uyğun etsinlər. Qazancların artırmaq üçün, onların əlində yalnız bu var ki ya sərmaya qoymağı azaldıb və ya işçilərin sayların azadsınlar. Elə buna görədir ki, nasyonal ekonomidə, gəlirlərin payı azalıb və bügün 60-ci illərdəndə azdı.

əməldə bu vefq vermək siyasəti çoxlu işçiləri işsizliyə məcbur edib. Bir şey ki öz nöbəsındə işçiləri haman və ya hətta az gəlir ilə çox işləməyə vadar edibdir.

Işsizliyi azatmaq üçün, iş vaxtın azatma fikirinə Fitoussin inami yoxdur.

_ Tarixi baxımdan qıssa iş vaxtı, çoxalmağın nəticəsi olubdur. Bu günkü vəziyyətdə, iş vaxtın qıssatmaq işsizliyi bölmək mənasındadır və bu şey başqa bir şeydir.

Bəs çarə nədir?

_ Başqa bir iqtisadi siyasət. _90-ci illərin əvvəllindən bu yana, sərmayadarların xeyri üçün adam bir xiyali düşmən(Inflasyon) əleyhinə vuruşur. Bu çox dərk edilməlidir ki, əyər millətlərin hamısı bütün quvvələr ilə bir xiyalı düşmən ilə vuruşurlar, daha onlarda başqa bir qüvvə qalmaz ki həqiqi çətinliyə, işsizliyə, çarə tapsınlar q

Recent posts

Recent comments