Monday, March 27, 2023
HomeChildrenMehriban pişik

Mehriban pişik

Author

Date

Category

Mehriban pişik

Çevirən: Davud Eldəniz

Günlərin bir günündə bir ada sahilində bir balıqçı arvadı ilə birlikdə yaşayırdılar. Onların bir gözəl boz pişikləri varidi. Balıqçı ilə arvadı bu pişiyi çox sevib və ona fəxr edirdilər. Pişik evə gələn zaman siçanların hərəsi bir yana qaçardılar.

Bir gün arvad balıqçıya dedi: ” bayram yaxınlaşır. Biz pişiyə bayramlıq verməliyik. Bir balaca balıq yaxşi bayramlıq ola bilər.

Bayram ağşamı oldu. Hava tufan idi. Dənizdə uca şəpələr dalğalanırdılar. Arvad tez-tez bir pəncərənin qabağına gedib və eşiyi gözdən geçirdirdi. Boz pişik evə gələn zaman həmişə bu pəncərədən içəri girərdi. Nəhayət bir eşələmək səsi gəldi. Arvad tez pəncərəni açıb və pişik içəriyə atıldı. Onun ağzında bir şey varidi. Pişik ağzın açıb və ağzındakın arvadın qabağına qoydu. Arvad bu girdə şeyi əlinə götürən çağı bir acıqlı miyavlamaq səsi eşidildi.

O bir yarı-donmuş balaca pişik idi. Mehriban qoca pişik bu balaca pişiyi sahildən tapmışdır. Balaca pişik yolun azmiş və az qalmışdı yorqunluqdan həlak olsun.

Balıqçınin arvadı balaca pişiyi imkanı olduqca qurudub və onu bir pətuya bulgələyib və ona isti süt verdi. Balaca pişik isti sütü içəndən sonra mehriba pişiyin sələsində yatı. Mahriban pişik, balaca pişiyin yanında uzanıb onu qızdırıb və ona gözətçi oldu. Beləliklə balaca pişik balıqçı ilə arvadının yanında qalıb, yaxşı bir ev sahibi oldu.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

Recent comments