Saturday, September 18, 2021
HomeGüneyMilli azadlıq və dövlət/millət məfhumları

Milli azadlıq və dövlət/millət məfhumları

Author

Date

Category

Milli azadlıq və dövlət/millət məfhumları
Bu məqalənin birinci hissəsinin əsas fikirləri “ínternationell politik för gymnasieskolan” kitabından alınıbdır. Kitabın müəlifi Bo Wollinger´di

Nation: Millət, xalq, ölkə
State: Dövlət, ştat
Government: Hökümət

Dövlət nə deməkdir?

Dövlətdən müxtəlif təbirlər vardır. Bu təbir-təfsirlərin birisi (Müstəqil) ölkəni öz hökümət sistemi ilə Dövlət adlandırır. Dövlət sözü səhv olaraq bəzən millət sözü yerinə işlənilir. Millət müştərək kökdən olan xalqa ki, müştərək dili, kültürü, tarixi, dini, ərazisi və.. varıdır, deyilir.

Dövlət və millət məqulələri həmişə onların həqiqi mənalarında tərif olunmur. Məsələn neçə dilli dövlətlərin(Beljika, Isveçrə və..) yanında xalqlarda vardır ki, müştərək dillərinə baxmayaraq iki və ya neçə dövlətin arasında bölünüblər(Ərəblər). O birisi tərəfdən dövlətsiz millətlərdə vardır ki, istəyirlər öz milli dövlətlərini qursunlar (Fələstinlilər, Kürdlər, Çeçinlər və …)

Afrikada və orta şərqdə koloniyalismin əlilə düzəlmiş milli dövlətlər, bugünədək bu dövlətlərin içərisində yaşayan millətlər üçün çətinliklər yaradır. Bu dövlətlərin çoxu yalnız bir milləti numayəndəlik edir.

Yuxarıda ki, misallar dövlət ilə millət fərqni göstərir. Millətçilik hissi həm eliyə bilər bir milli dövləti gücləndirsin və həmdə eliyə bilər onu dağıtsın. Dünyada az dövlət tapılır ki, tarixi, kültürel baxımdan national homogen olsun. Buna baxmayaraq çoxlu dövlətlər öz dövlətçiliklərini gücləndirmək üçün çalışırlar müştərək milli hissləri tapıb və ya yaratmaq ilə homogen millət yaratsınlar. Buna bir müvəffəq misal Amerikadır. Orada umumi intizar odur ki, muhacir bir kimsə özünü birinci mərtəbədə amerika millətindən bilsin. Sadə dildə desək desin ki, mən Amerikalı azərbaycanlıyam, mən Amerikalı Almanlıyam və … . Modern tarixdə Amerika bir istisna dövlətdir ki, eliyə bilib dövlət sərhəddinin içində “vahid bir millət” yaratsın. Ola bilsin ki, gələn 20-30 illin ərzində Amerikada da ayrı millətlər(Ispan dillində danışanlar, Qərələr və … yeni bir millətlərə çevrilib və Amerikanı neçə millətli dövlət etsinlər. O Birisi tərəfdən bu işdə uğur qazanmayan dövlətlərin sayısı həddən artıqdır. Bax keçmiş Sovetlər birliyinə, Çekeslavakya-Slovakiyaya, Yuguslavia, Irana və …

Millətçilik

Nation: Millət, Xalq, ölkə
National: milli
Nationalism: Millətçilik
Nationalist: Millətçi

Millətçilik teoriləri orta əsrdən bu yana dövlət məquləsinin inkişafında böyük roll oynayıblar. Millətçiliyin əsas teorisi budur ki, beynəlxalaq sistem binasi milli dövlətlər üstündə qurulmaldır. Bu fenomen 19-ci və 20-ci əsrlərdə güclənməsinə görə bir sira araşdırıcılar millətçiliyə tarixi zamanlar ayırırlar. Tarixçi Anthony Smith millətçiliyin siyasi rollun bir tarixi perspektivdə belə bölür:

1815-1871: güclənmə dövri(faza, mərhələ)

1871-1900: dövlətlər içində konfiliktlərin artması

1900-1945: Aqresiv dövr (ən güclü hərəkətçisi Nazism)

1945- : yayılma dövri ( Millətçiliyin müxtəlif formaları bir birlərinin yanında meydana çıxır.

Millətçiliyin növləri:

· Protonationalism/Statenationalism: Bu millətçiliyin əsasını dövlət təşkil verir. Bu sistemdə hamı dövlətə və onun ənənələrinə sadiq olmaldır. Vətəndaşlarda milli sımvollar əsasında müştərək tərbiyə yolu ilə bir müştərək milli ruh yaradılır. Buna aydın misal Amerika və Fransadır.

· Birləşdirən nationalism: Bu millətçilik kiçik millətlərdən böyük millət düzəldir. Belə bir millətçiliyi 18-ci əsrdə Alman ilə Italiyanin birləşməsində görmək olar.

· Böldürcü nationalism: Bu millətçilik dövləti neçə yerə bölmək istəyir. Impraturluqların bölünməsində bu millətçiliyin böyük rolu olubdur. Misal Isveç-Norveç bölünməsi və Sovet ittifaqının dağılması.

· Qurtuluş nationalim: Keçmiş koloniyalların koloniyalistlərdən azad olunmaqlarında böyük rolu olubdur.

· Özünə qayıtmaq nationalism: İran Türkləri, Kürdlər, …

Etnik qrupp=qom

Ingilis dilində Qom sözünü isim şəklində yox çox sifət formasinda (ethnic) işlənilir.

Həyim ehtnic kələməsin nəjadi, qomi mənada və Ethos sözünüdə qomi adət-ənənələri tərcümə edir.

Ethnic: 1 of a national, racial or tribal group that has a common cultural tradition: etnic minorities, groups, communities etc.2. (typical )of a particular cultural group: etnic clothes, food, music/Oxford

Etnik qrupp=qom:

bir xalq dəstəsi ki, ortaq kökləri olaraq özlərinə məxsus ictimayi fərhəngi adətləri vardır. Millət kələməsinə əks olaraq etnik qrup yalnız muqayisə edən sistemin içində məsələn bir milli dövlətin içində işlənilir. (Misal: etnik azlıqları, etnik qruplar, etnik cəmiyyətlər, etnik təmizləmək və …)

Dil, din, adət-ənənə etnik qrupları bir birindən ayrır.

Sözü sadəcə desək belə deməliyik ki, milləçilik bir millətə bağlı olmağın subyektiv təcrübəsidir. Ancaq insan etnik qruppun içində anadan olur.

Dövlətçilik Iranda

Kütləvi psixoloqiya dayanaraq milli məsələlərdə xalq sözünün işlətməsi millət və qom sözlərindən dahada uyğundur. Məsələn Iran xalqları. Azərbaycan xalqı, Kürd xalqı, fars xalqı və…

Bu psixoloqiyaya diqqət edəndə görünür ki, iranlılar”Iran milləti” işlənilir; Ancaq Iran xalqı işlətmirlər. Xalq sözünüdə işlədəndə Iran xalqı yox Iran xalqları işlədilir.

Iranda “milli dövlət” birinci dəfə olaraq Rza şah kudetas ilə formalaşdı. Bu dövlətin başçılarının əsas fikri vahid millət yaratmaq idi. Fars dili dövlət dili olub və başqa iranda olan dillər yasaqlandılar. Diktator rejim, tənqidçilərini öldürüb, həbsə alıb və ya sürgün etdi. Bunlara baxmayaraq Iranda homogen millət yaranmadı və Inqilab şahlıq rejimini dağıtdı; Ancaq Iranda yeni hakim olan dövlət yalnız formasını dəyişdi. Ariya nəjadinin yerini “ommət vahide islami” və şahın yerin vəliye fəqih tutdu. Təhmili dili ləhcəsini əvəz edərək öz mövqeyin hifz etdi. Başqa millətləri sərimək üçün ana yasanın 15-ci maddədəsi meydana çıxıb və heç vaxta ona əməl olunmadı. Demokratiya olmayan bir sistemdə zoru çox olan quvvə, gücsüzlərə zülm edəcəkdir. Elə buna görə də hətta birləşmə yoluda ayrılıqdan keçir.

70 illik şikəstlərimiz, Xiyabani sözlərinin düz olmasını daha bir dəfədə olaraq bizə aydın edir: Ey Azərbaycanlı “hamıdan əvvəl sən özün özünə yardım göstərməlisən! Sən özün özünə nəcat verəcəksən!”

Sovetlər birliyinin və Çekslavko-Slovakiyanin qan tökülmədən dağılmaları biz azərbaycanlılara bu ümidi verir ki, qan tökmədən başqa iranlılar ilə gələcəyimiz üstündə fikir mubadilə edib, birləşək və ya qan tökmədən ayrılaq. Iranda möcud olan dövlət qeyr fars xalqlara lazim olan azadlıqları vermir. Bu sistemi içəridən düzətmək mahaldır. Niyə ki, bu dövlətin varlıq fəlsəfəsi zor ilə kiçik millətlərdən böyük islami-fars milləti yaratmaqdır.

Cənubi azərbaycanda milli dövlətimizi qurmadan biz azadlığa çatmayacayıq. Azərbaycan dillinə gələndə, bu dili C. Azərbaycanda rəsmi dil(qəzavət, təhsil, tibb və dövlət dili) olmadan inkişaf etməyib və tez-gec təhmili dilin kölgəsi altında aradan gedəcəkdir.

Azadlıq yolunda şübhəsiz müxtəlif taktiklərdən istafdə etməliyik; Ancaq öz içimizdə və yaranan təşkilatlarda azərbaycanlılar bunu bilməlidir ki, milli varlığımızın və dilimizin əsas dayanacağı islam cumhurisinin ana yasasında yazılan 15-ci maddəsi yox, milli demokratik dövlətçiliyimizdən asılıdır. Bu dövlətin qurulması özü milli təşkilatlarımızın yaranmasından asılıdır. Bu təşkilatlar xaricdə yox bəlkə içəridə gedən hərəkatların bətnindən yaranmalıdır. Əsasən ictimayi-siyasi hərəkətlərdə və muxtəlif seçkilərdə fəal və cəmi iştirak etmək gələcək təşkilatların təməl daşını qoya bilər. Yaranan dəstələr və ya partıyalar cəvvə baxaraq hərəkət etməli və şərayit icab etdikcə radikallaşmalıdılar. Bir millətçinin gücü və bacarıqlığı hay-küy salmaqda yox onun ictimayi hərəkətlərdə yol göstərməsindən və kilidi adamların( oxu dövlət adamları, məclis numayəndələri, mətbuat xadimləri, bazarçılara və…) üstündə təsir qoymağından bəlli olunar. 70 ildə törənən Azərbaycan məsələsi bir gecədə yox bir prosesdə həll ola bilər. Bu inkişaf prosessi eliyə bilər Kosovo təkin 4 illik proses olsun və ya 20 illik bir proses. Iki haldada çalışmaq lazimdir. Ağlamıyana pəpə yoxdur.

Nə zaman C. Azerbaycan bir Dövlət hesab oluna bilər?

Beynəlxalq normalara və qanunlara görə bir dövlət o zaman dövlət adlana bilər:

1. Bir güc orqanının olması( Milli məclis, prezident və …)

2. Bu güc orqanı milləti kontroll eliyə bilir.

3. Kontrol olunan millət muşəxəs coğrafiyada yaşayır.

4. Bu dövlət başqa dövlətlər tərəfindən rəsmiyyətə tanınır.

Davud Eldəniz
1999-ci ildə yazmışdım

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

Recent comments