son zamanlarda İranda palm yağı haqqında mubahisələr gedir. Palm yağı haqqında qisa informasıya
سون زامانلاردا ايراندا پالم ياغي حاققيندا مباحثه لر گئدير. پالم ياغي حاققيندا سيزين اوچون قيسا بيلگي
پالم ياغي پالم ياغي پالم خورما مئيوه سيندن حاصيل اولونور. پالم مئيوه سينده اولان ياغين 85% و تصوييه اولونموش بازارلاردا مؤوجود اولان پالم ياغلاريندا 50% دويموش ياغدير. پالم ياغيندا اولان دويموش ياغلاردا ان چوخ حيصه سي پالميتين تورشو ياغي و ايکينجي يئرده ستئرين تورشو ياغيدير. قربي اؤلکه لرده پالم ياغيندان چوخ ايستيفاده ائتمک تؤوصييه اولونمور. بونا باخماياراق پالم ياغي اوجوز باشا گلمه سي اوچون دونيادا ايشلنن بيتکي ياغلارين آراسيندا بيرينجي يئري توتور. تقريبن 72%. پالم ياغي مارقارين، دوندورما، تورت و شوکولاد، صابون، يويوجو و کوسمئتيک ترکيب حيصه لرينده گئنيش شکيلده ايستيفاده اولونور. پالم ياغي يالنيز يئمکلرده يوخ بلکه ياناجاق اوچونده ايشله نيلير. بئله ليکله پالم ياغي نين ايستيفاده سي نين آرتماسي تروپيک مئشه لرين آزالماسينا سبب اولور. پالم خورما اکينلرينده چاليشان ايشچيلرين مينيموم امک حاقي آشاغيدير و عاييله عوضولري الده اولوناجاق ايش مقصدلري اوچون پولسوز ايشله مه يه مجبور ائديلير.
پالم ياغي اوجوزلو بير ياغدير. بونا سبب پالم ياغينين يئتيشديريب-ايستحصالي اوچون اوجوزلو ائففئکتيو مئتودلارين اولماسيدير. پالم ياغلارين اکثريتي 85% مالايزييا و ايندونئزييا-دا ايستحصال اولونور. سون زامانلاردا آفريکا و آمازون منطقه سينده ده پالم خورما آغاجلاري اکيلير.
ايندونئزييانين اوريژينال ياغيشلي مئشه لري دونيانين ان نؤولري نين زنگين يئرلريندن بيريسيدير. پالم ياغي اوچون مئشه ني قيريب پالم خورمالقي ائتمک اطراف موحيط اوچون تهلوکه دير.
حئيوانلارا گلنده اورانقوتانقلارين بوتون ياشاييش موحيطي نين 90 فايزي آرتيق الدن گئديبدير.
ترانس پييلر ريسکيني نظره آلاراق و بو حاقدا يئني ياساقلاما قانونلاري سبب اولوب کي، چوخلو غذا ايستحصالچيلاري پالم ياغينا اوز گتيرسينلر. پالم ياغي نين اوجوزلوغونا باخماياراق اونون اوزون مودتلي ساغلامليق ريسکلري اينسان اوچون باها باشا گله جك فيكيرلري سسلنير.
قيرميزي پالم ياغي، يعني تصفييه اولونماميش چير سيخما ائکولوگيسک فورمدا پالم ياغيندا فايدالي کاروتينويدلر، E-ويتامين و يوکسک سويييه ده پروويتامينAواردير. بو پرو ويتامينA، ويتامينAچاتيشمازليغي اؤلکه لرده بوشلوغون دولديرا بيلر؛ آنجاق بازارلاردا ساتيلان و رئستورانلاردا ايشله نيلن پالم ياغلاري صافلاميش ويتامينسيز، آنتي اوكسيدانسيز دويموش اوزون زنجيرلي ياغديرلار کي ايلتيهابي آرتيرماقلا اورک-دامار خسته ليک ريسکلريني آرتيرا بيلر.
تزه صافلانماميش پالم ياغي قان تزييقي نين آزالتماقلا و آرتئريال ترومبوز ريسکين آزالتماقلا فايدالي ساييلا بيلر. آنجاق بازارلاردا کي، پالم ياغي ساغليق اوچون ضررلي حساب اولونور. فرانسالي بير آراشديرمادا سيچانلاري 5 قروپا، هر قروپودا 8 سيچانا بؤلمکله اونلاري بير کونترول قروپدا و 4 موختليف ياغ قروپلاردا، اينک ياغي، گونه باخان ياغي، کولزا ياغي و پالم ياغي قوياراق اونلارا بو ياغلاري يئديدديلر. ائنئرژي باخيميندان هاميسي بير اندازه ده. آراشديرمانين نتيجه سي گؤرستدير کي، پالم ياغي يئين سيچانلاردا قاندا و پييه ده اولان ايلتيهاب مارکؤرلري باشقا ياغلارا نيسبت ان چوخ ايدي. کولزا ياغي ان آز ايلتيهاب تؤرتدي.
گله جك يئني آراشديرمالارين نتيجه لري آشکار اولونونجا، تصوييه اولموش پالم ياغلا احتياطلا ياناشين. اگر آلدغينيز غذالارين محتواسيندا ياغين آدي چكيلمه سه و يالنيز بيتيكي ياغي يازيلسا چوخ احتمال ايله اوندا آز-چوخ پالم ياغي واردير.
|
|
Palma yağı Palma yağı palma xurma meyvəsindən hasil olunur. Palma meyvədə olan yağın 85% və təsviyə olunmuş bazarlarda mövcud olan palma yağlarında 50% doymuş yağdır. Palma yağında olan doymuş yağlarda ən çox hissəsi palmitin turşu yağı və ikinci yerdə sterin turşu yağıdır. Palma yağı marqarin, dondurma, tort və şokolad, sabun, yuyucu və kosmetik tərkib hissələrində geniş şəkildə istifadə olunur. Palma yağı yalnız yeməklərdə yox bəlkə yanacaq üçündə işlənilir. Beləliklə palma yağının istifadəsinin artması tropik meşələrin azalmasına səbəb olur. Palma xurma əkinlərində çalışan işçilərin minimum əmək haqqı aşağıdır və ailə üzvləri əldə olunacaq iş məqsədləri üçün pulsuz işləməyə məcbur edilir. Palma yağı ucuzlu yağır. Buna səbəb palma yağının yetişdirib-istehsalı üçün ucuzlu effektiv metodların olmasıdır. Palma yağların əksəriyyəti 85% Malayziya və İndoneziya-da istehsal olunur. Son zamanlar Afrika və Amazon məntəqəsində də palma xurma ağacları əkilir. İndoneziya orijinal yağışlı meşələri dünyanın ən növlərinin zəngin yerlərindən birisidir. Palma yağı üçün meşəni qırıb palma xurmalqı etmək ətraf mühit üçün çox təhlükədir. Heyvanlara gələndə Oranqutanqların bütün yaşayış mühitinin 90 faizi artıq əldən gedibdir. Trans piylər riskini nəzərə alaraq və bu haqda yeni yasaqlama qanunlar səbəb olub ki, çoxlu qida istehsalçıları palma yağına üz gətirsinlər. Palma yağının ucuzluğuna baxmayaraq onun uzun müddətli sağlamlıq riskləri insan üçün baha başa gəlmə şübhəsi altındadır.
Qırmızı palma yağı, yəni təsviyə olunmamış çir sıxma ekoloji formada Palma yağında faydalı karotinoidlər, E-vitamin və yüksək səviyyədə provitamin A vardir. Bu provitamin A, vitamin A çatışmazlığı ölkələrdə boşluğun doldura bilər; Ancaq bazarlarda satılan və restoranlarda işlənilən palma yağları saflamış vitaminsiz, antioxsidansiz doymuş uzun zəncirli yağdırlar ki iltihabi artırmaqla ürək-damar xəstəlik risklərini artıra bilər.
Təzə saflanmamış palma yağı qan təzyiqinin azaltmaqla və arterial tromboz riskin azaltmaqla faydalı sayıla bilər. Ancaq bazarlarda ki, saflanmış oksidləşmiş palma yağı sağlıq üçün zərərli hesab olunur. Fransalı bir araşdırmada siçanları 5 qrupa, hər qrupda 8 siçana bölməklə onları bir kontrol qrupda və 4 müxtəlif yağ qruplarda, inək yaği, günə baxan yaği, kolza yağı və palma yağı qoyaraq onlara bu yağları yediddilər. Enerji baximindan hamısı bir əndazədə. Araşdırmanın nəticəsi görsətdir ki, palma yağı yeyən sıçanlarda qanda və piyə də olan iltihab markörləri başqa yağlara nisbət ən çox idi. Kolza yağı ən az iltihab törətdi.
Gələcək yeni araşdırmaların nəticələri aşkar olununca, təsviyə olmuş palma yağla ehtiyatla yanaşın. əyər aldığınız qidaların möhtəvisində yağın adı çəkilməsə və yalnız bitki yağı yazılsa, çox ehtimal ilə onda az-çox palma yağı vardır.
|