Monday, October 25, 2021
HomeChildrenQarğa və Tülkü

Qarğa və Tülkü

Author

Date

Category

Qarğa və Tülkü

Qarğa bir tülkü balasının gözünü dimdikləyib çıxartmişdi, tülkü çox acıqlanmışdı. Qarğa əlinə düşmürdü ki, ondan əvəz alsın. Çox düşündü, axırda axtardığını tapdı. O bir dəfə qarğanın gəldigini görüb yerə uzandı, özünü ölülüyə qoydu. Qarğa elə bildi ki, tülkü doğrudan olmuşdur. Uçub yaxına gəldi, Tülkünün eşiyə çimiş dilini dimdikləmək istədi, ancaq qorxdu Qarğa əvvəlcə tülkünün quryuğunu dimdikləyib qaçdı. Tülkü tərpənmədi. Qarğa yavaş-yavaş Tülkünün ağzına tərəf gəldi ki, dilini dimdikləsin, Tülkü atılıb onu tutdu.

Tülkünün ürəgi çox yanmışdı. O dedi:

-Qarğa sən balamın gözünü çıxartmısan, indi səni yaman dərd ilə öldürəcəyəm.

Qarğa yalvarmağa başlad

– A Tülkü lələ, məni necə öldürəcəksən öldür, Ancaq dəryaya atma. Sudan yaman qorxuram, çünkü üzmək bacaramıram.

– Tülkü bu sözdən sevinib dedi:

– Aha yaxşı oldu, səni gərək elə dəryaya atam, bəlkə ürəyim soyusun.

Tülkü qaça-qaça getdi, dərya kənarinda ki, uca qayanın başına çıxdı. Qarğa çox yalvardı:

-A Tülkü lələ, amandır, məni balavın başına çevir nə edirsən et, amma suya atma.

-Tülkü Qarğanın yalvarmasına baxmadı, onu qayadan başı aşağı buraxdı. Qarğa:

-Qağ…qağ… edərək üçdü və qabaq tərəfdəki qayaya qondu.

-Tülkü kör peşman baxıb dedi.

-Qarğa məndən hiləgər imiş.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

Recent comments