Thursday, September 23, 2021
HomeUncategorizedZindansız adalar (Maldiv adaları)

Zindansız adalar (Maldiv adaları)

Author

Date

Category

Zindansız adalar

(Maldiv adaları)

Adaların sayları: 1196 ada/ 255 adada 200 000 nəfər yaşırır.

Klimat/Hava dəyişikliyi: Tropik, deməli isti və rutubətli hava ilin bütün ayları.

Neysan yağışlarının vaxtı: Aprel-Avgust aylarında( Bir günün ərzində iki meter yağış yağa bilər)

Din: Islam

Maldiv adaları 1153-ci ildə Islam dinini qəbul etdilər. Quran sözü hakim oldu; Ancaq yerli əhali qurandan yeni bir azad təfsir çıxardaraq onu öz adət-ənənələrinə artırdılar. Misal üçün Quran evlənmədən öncə cinsi yaxınlığı həram sayır; Ancaq sap beşiyin üstündə uzan muhit işçisi Hasən Malik gülə-gülə belə deyir

– Şəhvət beyinə vuran zaman Quran yaddan çıxar.

Adalarda vəfasizlığa səbr ilə yanaşılır. Ancaq boşanma sayısına gələndə Maldiv adalarında boşanma su içimdir. 4-də 3 evlənməklərə boşanma son qoyur.

Adaların qəzəvət sistemində də qanunlar yumuşaq təfsir olunur. Ifrati islami ölkələrə tərs olaraq bu adalarda günahkar nə daşa basılır, nədə əlləri kəsilir! Yerli əhali xuşunəti sevmirlər! Adalarda cinayət yoxdur. Sayları az olan xilafkarlarda məxsus bir adaya göndərilir. Orada xilafkar sürgün eliyə bilər balıq tutsun, evlənsin və ya boşansın. Ancaq xilafkar sürgünün haqqı yoxdur adanı tərk etsin.

1953-ci ildən bəri bir nəfərdə olur olsun qətl olunmayıbdır. Cinayəti yalnız televiziya yayınlarında görmək olar. Adaların polisi yoxdur və hər adanını bir kədxoda idarə edir.

Qaynaq: Metro qəzeti, Stockholm

Çevirən Davud Eldəniz

Recent posts

Recent comments